[b]“Barselona”nın hücumçusu “Monako”da - FOTO[/b]
21.06.2017 - 19:50
[b]“Barselona”nın hücumçusu “Monako”da - FOTO[/b]

“Monako” heyətini gücləndirməyə davam edir. Apasport.az saytının məlumatına görə, “knyazlıq klubu” daha bir keçidi rəsmən açıqlayıb.


Klubun rəsmi saytından verilən xəbərdə bildirilib ki, “Barselona”nın B komandasında çıxış edən Xordi Mbula ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan 18 yaşlı hücumçu ötən mövsüm UEFA Gənclər Liqasında 8 matçda 8 dəfə rəqib qapıçıları məyus edib.

 

0