[b]İqor Akinfeyevdən uğursuz yubiley[/b]
21.06.2017 - 21:07
[b]İqor Akinfeyevdən uğursuz yubiley[/b]

Rusiya milli komandasının qapıçısı İqor Akinfiyev yığma ilə 100-cü matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Konfederasiyalar Kubokunun A qrupunun ikinci oyununda Portuqaliya ilə matça start heyətində başlayan “dəri əlcək sahibi” çıxış sayını yuvarlaqlaşdırıb.

 

Şimal qonşularımızın yığmasında ən çox oyun keçirmiş futbolçu isə Sergey İqnaşeviçdir. Müdafiəçi 120 dəfə milli formanı geyinib.

 

Qeyd edək ki, Rusiya – Portuqaliya matçı meydan sahiblərinin minimalhesablı məğlubiyyəti ilə yekunlaşıb.

0