[b]Türk klubu FİFA-ya qalib gəldi – CAS-da[/b]
21.06.2017 - 21:52
[b]Türk klubu FİFA-ya qalib gəldi – CAS-da[/b]

FİFA-nın Türkiyənin “Elazığspor” klubuna verdiyi iki dönəmlik transfer qadağası aradan qaldırılıb. Apasport.az saytının məlumatına görə, bu barədə TFF 1-ci liqa təmsilçisindən açıqlama verilib.

 

Məlumatda bildirilir ki, FİFA-nın bu ilin 9 fevralında verdiyi iki dönəmlik transfer qadağası klubun Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayəti nəticəsində ləğv edilib.

 

Bu qadağanın aradan qaldırılması nəticəsində "Elazığspor" bu yay transfer pəncərəsi dövründə heyətinə yeni futbolçular qata biləcək.

0