SİZİN REKLAM BURADA

“Qran-prini keçirməyə davam edəcəyik” – Azad Rəhimov

“Qran-pri biz gözlədiyimiz yüksək səviyyəli təşkilatçılıqla müşahidə olundu. Hər şey əvvəlcədən müəyyən olunmuş qrafiklə həyata keçirildi. Əslində, bu bizim ilk qələbəmizdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

 

O, Bakıda ardıcıl ikinci dəfə “Formula-1” üzrə keçirilən Qran-pri turnirini dəyərləndirib.

 

Rəhimovun sözlərinə görə, bu dəfə Azərbaycan Qran-prisi adlanan yarış yüksək təşkilatçılığı ilə fərqlənib: “Digər qələbəmiz birinci Avropa Qran-prisi ilə müqayisədə bu il turist sayında 25-30 faizə qədər artımın qeydə alınmasıdı. Statistikasına baxsaq, görərik ki, bütün biletlər satılıb. Bununla bağlı rəsmi rəqəmlər yaxın günlərdə mətbuata açıqlanacaq. Bu da bizim böyük uğurumuzdu. Sözsüz ki, belə bir yarışda maraqlı məqamlar olmalıdı. Onlardan biri odu ki, hazırda tvitterdəki haştaqlara görə AzerbaijanGP dünyada birinci yerdədi. Bakı isə 4-cüdü. Mən indi Azərbaycanın ABŞ-dakı səfiri ilə əlaqə saxladım. İndiyədək Azərbaycanla bağlı bir dənə də olsun məlumat belə yazmayan NBC kanalı 3 saat paytaxtımızdan, təşkil etdiyimiz yarışdan danışıb. Biz Qran-prini yüksək səviyyədə keçirməyə davam edəcəyik və gələn il də belə maraqlı məqamlar olacaq”.

 

Qeyd edək ki, Azərbaycan Qran-prisini qalibi Daniel Rikkardo (“Red Bull”) olub.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10