[b]Nazarovun komandasından fantastik qələbə[/b]
25.06.2017 - 21:53
[b]Nazarovun komandasından fantastik qələbə[/b]

Yay fasiləsindən istifadə edən bəzi klublar sınaq matçlarında qüvvələrini sınayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun komandası “Erzgebirge” də yoxalama oyununa çıxıb.

 

Aue şəhərinin təmsilçisi həmşəhərliləri “Saksonia Bernsbax”la qarşılaşıb. Görüş fantastik hesabla başa çatıb.

 

“Erzgebirge” hər hissədə 12 qol vuraraq 24:0 hesablı qələbə qazanıb.

 

Dmitri Nazarov milli komandanın oyunundan sonra istirahətə buraxıldığı və komandaya qoşulmadığı üçün matçda iştirak etməyib.

0