[b]“Qarabağ” iki qrupa bölündü, Almeyda və Kintana kənarda qaldı[/b]
26.06.2017 - 01:41
[b]“Qarabağ” iki qrupa bölündü, Almeyda və Kintana kənarda qaldı[/b]

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” günü tək hazırlıqla tamamlayıb. Apasport.az saytının məlumatına görə, yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən hazırlıq meydanda baş tutub və təxminən 90 dəqiqə davam edib.

 

Dünən MOİK (Sofiya) ilə yoxlama matçında daha çox oyunda olan futbolçular ayrı, komandanın digər futbolçuları isə ayrılıqda olmaqla iki qrup halında hazırlaşıb.

 

İki futbolçu, Riçard Almeyda və Dani Kintana isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdiriblər.
 

Qeyd edək ki, “Qarabağ”ın sabah üçün iki məşqi nəzərdə tutulub.

0