[b]“İnter” Serbiyaya getdi - FOTO[/b]
27.06.2017 - 11:22
[b]“İnter” Serbiyaya getdi - FOTO[/b]

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” vətəni tərk edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi I təsnifat mərhələsinin ilk matçı üçün Serbiyaya yollanıb.

 

İyunun 29-da “Mladost”un qonağı olacaq bakılılar artıq Belqraddadılar. Baş məşqçi Zaur Svanadze bu gün və sabah bir məşq keçməyi planlaşdırır.

 

Qeyd edək ki, “Mladost”la “İnter” arasındakı cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

0