[b]“Zirə”nin rəqibindən yenilik: 25 avroya t-şört və bilet - FOTO[/b]
27.06.2017 - 15:01
[b]“Zirə”nin rəqibindən yenilik: 25 avroya t-şört və bilet - FOTO[/b]

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Differdanj” maraqlı kompaniyaya başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lüksemburq təmsilçisi azarkeşləri “Zirə” ilə öz meydanındakı matça cəlb etməyin yolunu tapıb.

 

Belə ki, “Differdanj” rəhbərliyi 2007-ci ildən debüt etdikləri avrokuboklardakı çıxışı əks etdirən t-şört satışa buraxıb. Yalnız bu geyimi almaq istəyənlər 20 avrolarından keçməli olacaqlar. Lakin 25 avro müqabilində t-şörtlə yanaşı, “Zirə” ilə qarşılaşmaya bilet də veriləcək.

 

Qeyd edək ki, “Differdanj” – “Zirə” oyunu iyulun 6-da baş tutacaq.

0