[b]Rəqibdən xəbər yoxdu, “Zirə” vaxtı açıqladı[/b]
27.06.2017 - 20:50
[b]Rəqibdən xəbər yoxdu, “Zirə” vaxtı açıqladı[/b]

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zirə” – “Differdanj” oyununun mətbuat konfransı və açıq məşqlərinin tarixi dəqiqləşib. Apasport.az saytının məlumatıns görə, oyunöncəsi mətbuat konfransı yalnız “Zirə” tərəfindən təşkil olunacaq.

 

Bu barədə Bakı təmsilçisinin rəsmi saytı xəbər yayıb.

 

Bildirilib ki, qonaqlar məşq və mətbuat konfransı haqqında UEFA-ya və meydan sahiblərinə heç bir məlumat vermədiyi üçün yalnız təmsilçimizin mətbuat konfransı nəzərdə tutulub.

 

İyunun 28-də saat 20:30-da "Dalğa Arena"nın konfrans zalında “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək.

 

Saat 21:00-da isə komandanın oyunöncəsi son məşqi başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

0