“Bavariya”nın hücumçusu həbs olundu
27.06.2017 - 21:22
“Bavariya”nın hücumçusu həbs olundu

“Bavariya”nın hücumçusu Kinqsli Koman polis tərəfindən həbs edilib. Apasport.az saytının məlumatına görə, fransalı oyunçu vətənində insidentə qarışıb.

 

Belə ki, keçmiş qız dostu ilə mübahisə edən Koman ona fiziki füc tətbiq edib. İki dəfə - 24 və 26 iyunda mübahisə edən cütlüyün arasındakı qalmaqalın səbəbinin pul olduğu bildirilib.

 

Oyunçu xanım dostuna fiziki güc tətbiq etdiyi üçün qız da polisə müraciət edib və yerli hüquq-mühafizə orqanları onu həbs ediblər.

 

Bir neçə saat sonra sərbəst buraxılan futbolçunun məhkəməsi sentyabrda olacaq.

0