[b]“Yeni Riberi və Robben almaq asan deyil” – Oliver Kan[/b]
28.06.2017 - 10:48
[b]“Yeni Riberi və Robben almaq asan deyil” – Oliver Kan[/b]

Əfsanəvi qapıçı Oliver Kan sabiq klubu “Bavariya”nın hazırkı durumu haqda açıqlama verib. Apasport.az saytı xəbər verir ki, ölkəsinin mətbuatına danışan keçmiş qolkiper maraqlı fikirlər səsləndirib.

 

O, Münhen təmsilçisi üçün yeni Frank Riberi və Aryen Robben tapmağın çətin olacağını bildirib: “Bavariya” hər mövsümdən əvvəl superulduz transfer etməyə çalışıb. Klubun strategiyası həmişə belə olub. Amma indiki məqamda yeni Riberi və Robben almaq asan deyil. Məsələ bundadı ki, başqa klublar da o cür futbolçulara inanılmaz dərəcədə yüksək məvacib vermək gücündədi. Bu isə “Bavariya”nın transfer fəaliyyətini çətinləşdirir”.

 

Qeyd edək ki, Oliver Kan 1994-2008-ci illərdə “Bavariya”nın formasını geyinib.

0