[b]“Real”ın prezidenti: Mbappeni transfer etsək...[/b]
28.06.2017 - 11:24
[b]“Real”ın prezidenti: Mbappeni transfer etsək...[/b]

“Mbappe gənc, eyni zamanda əla futbolçudu”. Apasport.az saytının məlumatına görə, bu sözlər Madrid “Real”ının prezidenti Florentino Peresə məxsusdu.

 

“Kral klubu”nun rəhbəri “Marca” nəşrinə açıqlama verib. O, “Monako”nun hücumçusu Kilian Mbappenin “qalaktikos”a keçmək ehtimalını dəyərləndirib.

 

Peres 18 yaşlı hücumçunu bəyəndiyini desə də, “Real”ın onu bu yay transfer etmək istədiyini təsdiqləməyib: “Mbappe kimi oyunçular xoşuma gəlir. Amma meydana cəmi 11 futbolçu çıxır. Bu vaxta qədər “Real”da özünə əsas heyətdə yer tapa bilməyən bir çox ulduz çıxış edib. Bəli, illərdi ki, Mbappeni diqqətdə saxlayırıq. Lakin onu indi transfer etsək, “Real”dan kimi göndərəcəyik?”.

 

Qeyd edək ki, “Monako”nun yetirməsi sayılan Kilian Mbappe bu ildən Fransa yığmasına da çağırılır.  

0