[b]Sneyder “Qalatasaray”dan ayrılır?[/b]
28.06.2017 - 13:09
[b]Sneyder “Qalatasaray”dan ayrılır?[/b]

“Qalatasaray” aparıcı oyunçularından biri ilə vidalaşa bilər. Apasport.az saytı ESPN-ə istinadən xəbər verir ki, söhbət hollandiyalı futbolçu Uesli Sneyderdən gedir.

 

33 yaşlı yarımmüdafiəçinin karyerasını MLS-də davam etdirəcəyi iddia edilir. Belə ki, Sneyderin “Los Anceles Qalaksi” klubu ilə anlaşdığı və tərəflər arasında 2 illik müqavilə imzalanacağı bildirilir.

 

Xəbərdə Sneyderin yeni komandasında illik 3,5 milyon dollar məvacib alacağı yazılıb.

 

Qeyd edək ki, karyerası ərzində “Ayaks”, “Real” (Madrid) və “İnter” klublarının da formasını geyinmiş Uesli Sneyder 2013-cü ildən “Qalatasaray”ın uğurları üçün çalışır.

0