[b]“Qarabağ”ın sabiq qapıçısının “qəhrəmanlığ”ı - VİDEO[/b]
30.06.2017 - 09:37
[b]“Qarabağ”ın sabiq qapıçısının “qəhrəmanlığ”ı - VİDEO[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları kuryoz qolla yadda qalıb. Apasport.az saytının məlumatına görə, bu hadisə Moldovada yaşanıb.

 

Yerli “Zarya” ilə Bosniya və Herseqovinanın “Sarayevo” klubları arasında görüşdə meydan sahiblərinin futbolçusu mərkəzdən qol vurub. Marsel Ruben Qomes Qarsiyanın qeyri-adi qolunda qonaqların qapıçısının “günahı” da az olmayıb. “Sarayevo”nun çərçivə qoruyucusu olan “Qarabağ”ın sabiq qolkiperi Boyan Pavloviçin qapını tərk etməsi ona baha başa gəlib.

 

Görüş isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

0