[b]“Mən gəldim! Mən dedim! Mən qələbə qazandım!” - FOTO[/b]
01.07.2017 - 00:23
[b]“Mən gəldim! Mən dedim! Mən qələbə qazandım!” - FOTO[/b]

Zlatan İbrahimoviç instaqram sosial şəbəkəsindən maraqlı mesaj paylaşıb. Apasport.az saytının məlumatına görə, isveçli ulduz “Mançester Yunayted” karyerasına işarə vurub.

 

Bu gün “qırmızı şeytanlar”la müqaviləsi başa çatan ulduz artıq komanda ilə rəsmən ayrılıb. Sosial şəbəkə hesabından “Mən gəldim! Mən dedim! Mən qələbə qazandım!” yazan İbra bununla Mançesterdəki uğurlu karyerasını diqqət mərkəzinə gətirib.

 

Qeyd edək ki, 35 yaşlı forvard ötən mövsüm ağır zədə alana qədər “Mançester Yunayted”də 28 oyunda meydana çıxıb, 17 qol vurub və 5 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.

 

O, İngiltərə Super Kubokunun, Liqa Kubokunun və Avropa Liqasının qalibi olub.

 

0