[b]Avropa Liqasının qalibi müəyyənləşdi[/b]
03.07.2017 - 09:31
[b]Avropa Liqasının qalibi müəyyənləşdi[/b]

Kişi voleybolçular arasında Avropa Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Ukrayna millisi qazanıb.

 

Onlar finalda Makedoniya millisini məğlub ediblər – 3:1 (25:15, 25:22, 24:26, 25:13).

 

Üçüncü yer uğrunda qarşılaşmada isə İsveç “Dördlər finalı”nın ev sahibi Danimarkadan üstün olub. Onlar da rəqiblərinə 3:1 (25:23, 16:25, 25:19, 25:21) hesabi ilə qalib gəliblər.

 

Qeyd edək ki, Avropa Liqasının bu mövsümündə Azərbaycan millisi də mübarizə aparıb. Lakin komandamız qrupda bütün oyunlarda məğlub olduqlarından qrupda qalıb. 

0