[b]Rüstəm Orucov mövqeyini qorudu, Orxan Səfərov gerilədi[/b]
04.07.2017 - 13:01
[b]Rüstəm Orucov mövqeyini qorudu, Orxan Səfərov gerilədi[/b]

Beynəlxalq Cüdo Federasiyası iyul üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatın görə, yeni siyahı Azərbaycan millisi üçün uğurlu alınmayıb.

 

Belə ki, millimizin liderlərindən irəliləyən olmayıb. Komandamızın heyətində Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Xanım Hüseynova (63 kq) mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 2-ci, 8-ci, 3-cü 4-cü, 22-ci, 37-ci və 46-cı pillədə qərarlaşıblar.

 

Onlardan fərqli, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Nəzakət Əzizova (59 kq) hərəyə 1, Rüfət İsmayılov (81 kq) 2 və İlqar Müşkiyev (60 kq) 3 rəqibini özündən irəli buraxıb. Bu idmançılar son siyahıda müvafiq olaraq, 6-cı, 9-cu, 16-cı, 17-ci, 59-cu, 20-ci və 41-ci yerdədilər. 

0