[b]Denis Silva faciəyə biganə qalmadı - FOTO[/b]
06.07.2017 - 00:05
[b]Denis Silva faciəyə biganə qalmadı - FOTO[/b]

“İnter”in müdafiəçisi Denis Silva Kruz təqdirəlayiq addımla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu iki gün öncə cəbhə xəttində baş verən insident haqqında sosial şəbəkə hesabından paylaşım edib.

 

Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan Sahibə Quliyeva və nəvəsi Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş yazısında o, vəfat edən şəxslər üçün dua edilməsini istəyib: “Pray for Alkhanli village of Fizuli region (territory of Azerbaijan)”

 

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

 

0