[b]Növbəti Azərbaycan – Lüksemburq duelinə doğru - VİDEO[/b]
06.07.2017 - 22:26
[b]Növbəti Azərbaycan – Lüksemburq duelinə doğru - VİDEO[/b]

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşmaları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycanı təmsil edən klublarla yanaşı təmsilçilərimizin mümkün rəqibləri olacaq komandaların oyunu da diqqət mərkəzindədi.

 

Moldovada baş tutan “Milsami” – “Fola” matçı da eyni baxımdan əhəmiyyətli olub. Bu qarşılaşmada “İnter”in rəqibi bəlli olub.

 

İlk oyunda doğma meydanda 2:1 hesablı qələbə qazanan Lüksemburq təmsilçisi “Fola” cavab matçında Moldovada 1:1 hesablı heç-heçə edərək növbəti mərhələyə yüksəlib.

 

Qeyd edək ki, hazırda davam edən oyunda 1:0 hesabı ilə öndə olan (ümumi hesabda 4:0) “İnter” növbəti mərhələyə çıxmaq işini böyük ölçüdə həll edib.

 

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunu

 

“Milsami” (Moldova) - “Fola” (Lüksemburq) - 1:1

Qollar: Antoniuç, 37 - Dallevedov, 58

İlk oyun - 1:2

 

0