[b]Rəşad Sadıqov “Qarabağ”dan ayrıldı - FOTOSESSİYA[/b]
07.07.2017 - 14:22
[b]Rəşad Sadıqov “Qarabağ”dan ayrıldı - FOTOSESSİYA[/b]

AFFA-nın təşkil etdiyi məşqçilərin UEFA Pro kursunun 3-cü modulu Gürcüstanda keçirilir. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Tiflis şəhərində baş tutan kursda bir neçə tanınmış mütəxəssis iştirak edir.

 

Onlar arasında “Qarabağ”ın və millimizin kapitanı Rəşad Sadıqov, yığmanın məşqçisi Mahmud Qurbanov, “Sumqayıt”ın çalışdırıcısı Samir Abasov və “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov da var.

 

Kursun iştirakçısı olan mütəxəssislər Tiflisdə keçirilmiş UEFA U-19 Avropa çempionatının final mərhələsinin oyunlarını təhlil edir, müvafiq müzakirələr aparılır.

0