Fazil Əsədov: “Liderlə oyunda bizi bir xal da qane edəcək”
18.04.2008 - 13:17
Fazil Əsədov: “Liderlə oyunda bizi bir xal da qane edəcək”
Lənkəran. Mehman Süleymanov – APA-Sport. “Olimpik” ilə oyuna komandam tam hazırdır. Liderdə görüşə qələbə qazanmaq üçün çıxacağıq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Masallı” klubunun baş məşqçisi Fazil Əsədov deyib. Onun sözlərinə görə, komandası “Olimpik”dən xal almaq gücündədir: “Rəqib sabah meydana üç xal qazanmaq üçün çıxacaq. Çünki liderliyini möhkəmlətmək üçün yalnız qələbə lazımdır. Bizə isə qələbə, yaxud heç-heçənin fərqi yoxdur. Yəni, bizi bir xal da qane edəcək”. F.Əsədov bildirib ki, matçın nəticəsinə meydan amili təsiri göstərəcək: “Lənkərandakı Olimpiya İdman Kompleksinin stadionunda meydançanın vəziyyəti heç də yaxşı deyil. Belə olan halda, baxımlı oyun baş tutmayacaq. Ancaq meydançanın hazırkı durumu bizə sərf edir. Çünki belə qazonda liderdən xal almaq nisbətən asan olacaq”.
0