[b]Keçmiş “Qəbələ”li qol vurdu, “Zirə”nin rəqibi sevindi[/b]
16.07.2017 - 23:30
[b]Keçmiş “Qəbələ”li qol vurdu, “Zirə”nin rəqibi sevindi[/b]

Futbol üzrə Rumıniya çempionatında yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Astra” da milli çempionatda ilk matçına çıxıb.

 

Sözügedən komanda açılış turunda doğma meydanda “Sepsi” ilə qarşılaşıb. Meydan sahibləri bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar. “Zirə”nin rəqibinin yeganə qolunu 50-ci dəqiqədə keçmiş “Qəbələ”li Markinyos vurub.

 

Qeyd edək ki, “Zirə” “Astra”ya qarşı səfərdə keçirdiyi ilk oyundan 1:3 hesablı məğlubiyyətlə ayrılıb. Bu klublar arasındakı cavab qarşılaşması iyulun 20-də Bakıda baş tutacaq.

 

0