[b]“İnter”in yeni prezidenti istefa verdi: İşlərinin çoxluğu ilə bağlı[/b]
17.07.2017 - 20:45
[b]“İnter”in yeni prezidenti istefa verdi: İşlərinin çoxluğu ilə bağlı[/b]

Milan “İnter”inin prezidenti Erik Tohir istefa verəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, indoneziyalı biznesmen bunu digər işlərinin çoxluğu ilə əlaqələndirib.

 

“İnter” ciddi klubdu. Bu qədər azarkeşinin olması da təsadüfi deyil. İndi mənim baş məşqçi ilə mütəmadi ünsiyyətdə olmağa vaxtım yoxdu. Sadəcə, müxtəlif məsələlərlə bağlı məsləhətlər verə bilirəm. Çünki 2018-ci ildə İndoneziyada keçiriləcək Asiya oyunlarının təşkilati işləri ilə məşğul olmalıyam”.

 

Qeyd edək ki, Tohir 2013-cü ilin oktyabr ayında Milan təmsilçisinin 70 faizlik aksiyalarını satın almaqla rəsmən “İnter”in sahibinə çevrilmişdi.

0