[b]“Cütün taleyi demək həll olunub” – Georgi Datunaşvili[/b]
17.07.2017 - 22:31
[b]“Cütün taleyi demək həll olunub” – Georgi Datunaşvili[/b]

“İlk oyunda 0:5 hesabı ilə məğlub olduq. Cütün taleyi demək olar ki, həll olunub. Bununla belə çalışacağıq ki, sabah qalib gələk”. Apasport.az saytının məlumatına görə, bunu “Samtredia”nın müdafiəçisi Georgi Datunaşvili deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” səfərdə “Samtredia” ilə qarşılaşacaq.

 

Matçdan öncə təşkil olunan mətbuat konfransında qısa açıqlama verən Gürcüstan çempionunun kapitanı fikirlərini bölüşüb: “Hələ ki, heç bir Gürcüstan klubu Avrokuboklarda qalib gələ bilməyib. Biz bunu reallaşdırmaq istəyirik. Ötən mövsüm “Qəbələ”yə uduzsaq da, sonradan öz meydanımızda qalib gələ bilmişdik. Çalışacağıq ki, bu dəfə də bunu bacaraq. Azarkeşlərə təşəkkür etmək istəyirəm, onların dəstəyi ilə qələbə qazanacağıq”.

0