[b]Millimizin üzvü yeni komandasına lazım olmadı[/b]
18.07.2017 - 15:42
[b]Millimizin üzvü yeni komandasına lazım olmadı[/b]

Avstriyada təlim-məşq toplanışında olan “Bursaspor” ilk yoxlama matçını keçirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-yaşıllar” İngiltərə təmsilçisi “Lids”lə üz-üzə gəlib.

 

Bursalıların Çempionşip klubu üzərində qazandığı böyükhesablı qələbədə (3:0) Azərbaycanın gənclər millisinin futbolçusu Ozancan Kökcü də pay sahibi olub. Belə ki, yığmamızın üzvü fasilədən sonra meydana daxil olub və komandası ikinci hissədə 2 qola imza atıb. Yığmamızın digər oyunçusu Dəniz Yılmaz isə məşqlərə yeni başladığından, bu qarşılaşmada iştirak etməyib.

 

Yeni baş məşqçi Pol Le Quen oyundan sonra “qara siyahı”sını rəhbərliyə təqdim edib. Fransalı mütəxəssis Rikardo Fati, Tomas Netsid və Boban Yoviçə ehtiyacı olmadığını bildirib.

 

Yay fasiləsində “Feyenoord”dan transfer edilən Ozancan isə yeni mövsümə əsas komandada başlamayacaq. Çünki baş məşqçi Avstriya toplanışından döndükdən sonra 19 yaşlı yarımmüdafiəçinin “Bursaspor”un U-21 komandasına qoşulmasını istəyib.

 

Qeyd edək ki, Ozancan Kökcünün “Bursaspor”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

0