[b]“Bu səhvləri düzəltməyə çalışmalıyıq” - VİDEO[/b]
20.07.2017 - 10:05
[b]“Bu səhvləri düzəltməyə çalışmalıyıq” - VİDEO[/b]

“Hazırlığın ilkin mərhələsini Sumqayıtda keçdik. Təxminən 20 günə yaxın fiziki hazırlıq üzərində çalışdıq”. Apasport.az xəbər verir ki, bunu “Sumqayıt”ın hücumçusu Amil Yunanov klubun saytına açıqlamasında deyib.

 

Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirən gənc forvard yeni mövsümə qədər hazır olacaqlarını düşünür: “Artıq 5 gündü Boludayıq və burda bir yoxlama görüşü keçirdik. Rəqibimiz Türkiyə Superliqasında iştirak edən səviyyəli “Osmanlıspor” idi. Deyərdim ki, ilk oyuna görə pis deyildi. Düzdü, səhvlərimiz də oldu. Qarşıda daha 3 yoxlama matçımız olacaq. Həmin qarşılaşmalarda səhvlərimizin üzərində işləyib çempionata tam hazır olmaq istəyirik”.

 

“Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə isə taktiki səhvlər üzərində çalışdıqlarını vurğulayıb: “Sumqayıtdakı fiziki çalışmalardan sonra Boluda əsasən taktiki hazırlığa üstünlük veririk. 5-6 yeni oyunçumuz var. Onların kollektivə uyğunlaşma prosesi davam edir. “Osmanlıspor”la ağır oyunumuz oldu. Rəqib təcrübəli komanda idi. Ancaq bizim üçün yaxşı sınaq oldu. Həmin görüşdə buraxdığımız taktiki səhvləri düzəltməyə çalışmalıyıq. İnşallah, çempionatın startına qədər yeni gələnlər də komandaya uyğunlaşar və “Sumqayıt”a daha çox xeyir verərlər”.

 

0