[b]“İnter”in yubilyarı[/b]
20.07.2017 - 16:21
[b]“İnter”in yubilyarı[/b]

“İnter”in gürcüstanlı baş məşqçisi Zaur Svanadze yubiley qeyd edəcək. Apasport.az saytının məlumatına görə, mütəxəssis yetirmələrini 10-cu avrokubok matçına çıxaracaq.

 

Bu hadisə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində gerçəkləşəcək. “Fola” ilə bu gün Lüksemburqda keçiriləcək görüşəcək Svanadze “İnter”i 9 avrokubok oyununa çıxarıb.

 

2015/16 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsinədək 6 qarşılaşmada yetirmələrinə rəhbərlik edən çalışdırıcı cari turnirdə də 3 matçda iş başında olub.

 

Bu oyunlarda “İnter” 4 qələbə qazanıb və 4 dəfə heç-heçə edib. Yalnız bir məğlubiyyətə üzülən Svanadze yetirmələrinin 11, rəqiblərinin 6 qolunu görüb. 

0