[b]“Boğulurduq” – Rəşad Sadiqov[/b]
21.07.2017 - 00:08
[b]“Boğulurduq” – Rəşad Sadiqov[/b]

“Səfərdə 1:3 hesabı ilə uduzmasaydıq, bəlkə də nəyəsə ümid etmək olardı. Təcrübəli komanda idi. Hava da çox isti idi. Boğulurduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

 

Avropa Liqasını II təsnifat mərhələsinin cavab oyununda öz meydanında “Astra” ilə qolsuz bərabərliyə razılaşan qəsəbə təmsilçisi ilk matçdakı 1:3 hesablı məğlubiyyətə görə, mübarizəni dayandırdı.

 

Oyun başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandıran təcrübəli futbolçu fikirlərini bölüşüb.

 

- Qol vəziyyətləri çox olsa da, istifadə edə bilmədiniz...

- Oyunun əvvəlində Riçard Qadzenin vəziyyəti qol olsa idi, oyun tam fərqli məcrada davam edəcəkdi. Yenə də bir mərhələ adladığımız üçün şükr etməliyik.

 

- Rəhbərlik və baş məşqçi nə dedi nəticə ilə bağlı?

- Avroliqanı başıuca tərk etdiyimiz üçün təbrik etdilər.

 

- İkinci hissədə temp çox aşağı düşdü. Bu, yorğunluq ilə bağlı idi?

- İstər-istəməz belə alındı. Özünüz də gördünüz ki, hətta kənarda dayananda da tərləyirdi adam. Nəfəs almaq olmurdu.

 

- Qol epizodlarını qaçırdıqca nə düşünürdünüz?

- Adama pis təsir edir. Ancaq yenə də oynamağa davam edirdik.

 

- “Astra” yetərincə tanınmış və səviyyəli klub olsa da, bu gün özlərinə bənzəmirdilər sanki...

- Mənə elə gəlir ki, bu gün biz daha yaxşı oynadıq, ona görə də rəqib istədiyini edə bilmədi.

 

- İlk oyunda necə oldu ki, 1:3 uduzdunuz?

- Orda da əsas standart vəziyyətlərdən qol buraxdıq. Rəqib elə də güclü nəsə etmədi.

 

- “Zirə” nə qazandı?

- Təcrübə qazandıq. Bir də ölkəmizə reytinq xalı qazandırdıq. 

0