Natalya Məmmədovanın komandası İspaniya çempionatının pley-off mərhələsində ardıcıl dördüncü qələbəsini qazanıb
21.04.2008 - 10:28
Natalya Məmmədovanın komandası İspaniya çempionatının pley-off mərhələsində ardıcıl dördüncü qələbəsini qazanıb
Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın qadınlar arasında voleybol çempionatında pley-off mərhələsinin dördüncü oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının üzvü Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” klubu doğma meydanda “Seyns”a qalib gəlib – 3:0. Əsas heyətdə mübarizə aparan voleybolçumuz komandasının uğurunda önəmli rol oynayıb. Ardıcıl dördüncü qələbəsini qazanan “İkaro Palma” yer aldığı B qrupunda 8 xalla vahid liderdir. N.Məmmədovanın komandası növbəti oyununu aprelin 23-də səfərdə “Universidad” klubuna qarşı keçirəcək.
0