[b]“Kəpəz” yenə uduzdu - YENİLƏNİB[/b]
22.07.2017 - 21:27
[b]“Kəpəz” yenə uduzdu - YENİLƏNİB[/b]

Yeni mövsümə hazırlaşan “Kəpəz” toplanışın ikinci mərhələsini Türkiyədə keçir. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi bu gün ikinci yoxlama matçına çıxıb.

 

Komanda Ərzurumda “Ankaragücü” ilə üz-üzə gəlib. Türkiyənin I liqa komandası ilə oyunu yerli hakimlər briqadası idarə edib.

 

Görüş ankaralıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol ilk yarıda vurulub. 

 

Qeyd edək ki, “Kəpəz” iki gün əvvəl Türkiyənin digər I liqa təmsilçisi “Samsunspor”la yoldaşlıq görüşü keçirib və 1:2 hesabı ilə məğlub olub.

 

Yoxlama görüşü

22 iyul

“Ankaragücü” (Türkiyə) - “Kəpəz” (Azərbaycan) - 2:0

0