[b]Jezniçak Ağdamın işğalından yazdı[/b]
24.07.2017 - 09:38
[b]Jezniçak Ağdamın işğalından yazdı[/b]

Dünən Ağdam rayonunun Ermənistan hərbçiləri tərəfindən işğal olunmasının 24-cü ildönümü idi. Apasport.az saytının məlumatına görə, buna biganə qalmayanlar arasında “Qarabağ”ın yeni transferi Yakub Jezniçak da olub.

 

Belə ki, rəhbərlik və bir neçə futbolçu ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edən polşalı müdafiəçi feysbuk səhifəsində bunu paylaşıb. 31 yaşlı oyunçu şəklin üzərinə isə bu sözləri yazıb: “24 il keçdi... Bu gün “Qarabağ” klubunun doğma məmləkəti olan Ağdamın ermənilər tərəfindən işğal olunduğu gündü”.

 

Qeyd edək ki, Yakub Jezniçak “Qarabağ”a bu yay “Legiya”dan keçib.

0