[b]Dünyada 42-ci[/b]
24.07.2017 - 18:48
[b]Dünyada 42-ci[/b]

Macarıstanın paytaxtı Budapeştdə keçirilən su idman növləri üzrə dünya çempionatında daha bir Azərbaycan üzgüçüsü qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Sergey Kirillov 100 metr məsafəyə arxası üstə üzməkdə mübarizə aparıb.

 

Təsnifat mərhələsinə qatılan idmançımız məsafəni 1 dəqiqə 0,07 saniyəyə qət edib. Bununla da Kirillov 46 iştirakçı arasında 42-ci yeri tutub. Daha bir üzgüçü isə start xəttinə çıxmayıb.

0