[b]“Bu, hər iki komanda üçün problemdi” – “Şerif”in baş məşqçisi[/b]
24.07.2017 - 20:02
[b]“Bu, hər iki komanda üçün problemdi” – “Şerif”in baş məşqçisi[/b]

“Bizi çətin oyun gözləyir. “Qarabağ”ın güclü rəqib olduğunu bilirik. Bununla belə, düşünürəm ki, maraqlı matç olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Şerif”in baş məşqçisi Roberto Bordin deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda sabah “Qarabağ”ın qonağı olacaq Moldova təmsilçisinin çalışdırıcısı oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- “Qarabağ”ı cütün favoriti hesab etmək olar?

- “Qarabağ”ın üstünlüyü ondan ibarətdi ki, ilk oyunu evdə oynayır. Burda bizi 0:0 hesabı qane edir. Fikrimcə, həlledici matç evdə keçirəcəyimiz qarşılaşma olacaq.

 

- Rəqibin əsasən hansı mövqeyini daha təhlükəli hesab edirsiz?

- Hər şeydən əvvəl “Qarabağ” güclü rəqibdi. Topa davranmağı yaxşı bacarırlar. Tək-tək futbolçuları fərqləndirmək istəməzdim. Hücum xətti xüsusilə sürətli oyunuyla seçilir.

 

- “Qarabağ” üçün hansısa sürpriziniz var?

- Sürprizlər deyilmir. Bunu sabah görəcəksiz.

 

- Bura gələn komandalar əsasən, havanın isti olmasından şikayətlənir. Siz necə, burdakı havadan razısız?

- Biz Tiraspolda da bu cür havada oynayırıq. Hava isti olsa, bu, hər iki komanda üçün problemdi. Ancaq bildiyim qədər sabah küləkli hava olacaq.

 

- Son çempionat oyununda xal itirdiniz. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?

- Həmin oyunda son dəqiqlərdə qol buraxdıq. Ancaq bu, komandaya hansısa çətinlik yaratmır.

 

- “Şerif”in heyətində itki yoxdu ki?

- Yox, komandada heç bir itki yoxdu.

 

- Sizdə artıq çempionatda bir neçə tur geridə qalıb. Bu, komandaya çətinlik yaratmayacaq ki?

- Biz artıq buna öyrəşmişik. Demək olar, həftədə iki dəfə oyun keçiririk. Buna görə, çətinlik yaradacağını düşünmürəm.

0