[b]Navalovskinin yeni klubu rəsmən açıqlandı[/b]
26.07.2017 - 11:24
[b]Navalovskinin yeni klubu rəsmən açıqlandı[/b]

“Neftçi” ilə yollarını ayıran Georgi Navalovskinin yeni klubunun adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı müdafiəçi Rusiyanın “OİK-Xabarovsk” klubu ilə münasibətləri rəsmiləşdirib.

 

Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə transferi bəyan edib. Xəbərdə oyunçunun azad agent kimi kluba keçdiyi də vurğulanıb. Bununla Navalovski 3-cü dəfə “OİK-Xabarovsk”un formasını geyinmək imkanı əldə edib. 31 yaşlı oyunçu 2013-14 mövsümündə və 2016-cı ildə də Rusiya klubunda çıxış edib.

 

Qeyd edək ki, bu ilin əvvəlində “Neftçi”yə keçən Georgi Navalovski “ağ-qaralar”ın heyətində 15 oyunda meydana çıxıb.

0