[b]“Qalatasaray”da yeni müqavilə – RƏSMİ[/b]
27.07.2017 - 19:29
[b]“Qalatasaray”da yeni müqavilə – RƏSMİ[/b]

“Qalatasaray” qapıçısı Fernando Muslera ilə müqaviləni artırıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub rəsmi açıqlama yayıb.

 

“Sarı-qırmızılar” uruqvaylı “çərçivə qoruycusu”nun mövsümün sonunda başa çatacaq anlaşmasını 2021-ci ilə qədər uzadıb.

 

Şərtə görə, oyunçu hər mövsümə 3.575.000 avro sabit məbləğ qazanacaq. Bundan başqa Muslera oynadığı oyunlarda komandanın qazandığı hər xala görə əlavə 5000 avro da əldə edəcək.

Qeyd edək ki, 31 yaşlı qolkiper 2011-ci ildən “Qalatasaray”da çıxış edir.

0