[b]Xorvatiya millisindən imtina edib Bosniyanı seçdi[/b]
27.07.2017 - 22:01
[b]Xorvatiya millisindən imtina edib Bosniyanı seçdi[/b]

“Seltik”in xorvatiyalı müdafiəçisi Yozo Şimunoviç bundan sonra Bosniya və Herseqovina millisinin şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, bu barədə yerli federasiya xəbər yayıb.

 

Federasiyadan yayılan açıqlamada FİFA-nın 22 yaşlı futbolçunun Bosniya və Herseqovina millisində çıxış etməsinə icazə verdiyi qeyd edilib. Şimunoviç daha öncə Xorvatiya millisinin 14-dən 21 yaşadək bütün yaş qruplarında çıxış edib.

 

Futbolçu Xorvatiyanın paytaxtı Zaqrebdə doğulsa da, valideynləri Bosniyadandı. 

 

Şimunoviç Bosniya və Herseqovina millisinin heyətində avqustun 31-də, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Kiprə qarşı oyunda debüt edəcək.

0