[b]“Qəbələ” “Panatinaikos”un tarixinə düşdü[/b]
28.07.2017 - 01:20
[b]“Qəbələ” “Panatinaikos”un tarixinə düşdü[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin “Qəbələ” ilə ilk oyunu Yunanıstanın “Panatinaikos” klubu üçün tarixi hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, afinalılar avrokuboklar tarixində 100-cü qələbəsini qazanıb.

 

1:0 hesabı ilə qalib gələn meydan sahibləri 7 oyunluq qələbə həsrətinə son qoyub və “99”u “100”ə çevirib.

 

“Panatinaikos” 100-cü qələbəni 286-cı matçda qazanıb. Yunanıstan klubunun hesabında 70 heç-heçə və 116 məğlubiyyət də var.

 

100 qələbədən 49-u Çempionlar Liqası, 41-i Avropa Liqası (əvvəlki UEFA kuboku), 9-u Kuboklar kuboku, 1-i isə sonradan UEFA kubokuna çevrilən Yarmarkalar kubokuna təsadüf edib.

 

Qeyd edək ki, Yunanıstan təmsilçiləri avrokuboklar tarixində ilk dəfə Azərbaycan klubuna qalib gəlib.

0