[b]“Qapıçımıza təşəkkür etməliyik” – Baqali Dabo[/b]
28.07.2017 - 01:55
[b]“Qapıçımıza təşəkkür etməliyik” – Baqali Dabo[/b]

“Panatinaikos” yaxşı komandadı. Çox çətin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin hücumçusu Baqali Dabo deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə “Panatinaikos”la qarşılaşan “qırmızı-qaralar” matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.

 

Oyundan sonra Yunanıstan mətbuatına açıqlama verən Dabo fikirlərini bölüşüb: “Rəqib ikinci, hətta üçüncü qolu da vura bilərdi. Bu, baş verməyibsə qapıçımıza təşəkkür etməliyik. 1:0 bizim üçün yaxşı nəticədi. Bu gün qola vura bilməsək ki, inanıram ki, cavab oyununda vəziyyəti dəyişə biləcəyik. Növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

0