[b]Yığmamızın oyunu “Dalğa Arena”da[/b]
28.07.2017 - 13:12
[b]Yığmamızın oyunu “Dalğa Arena”da[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2019-un seçmə mərhələsindəki ilk iki oyununun keçiriləcəyi stadionlar dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 5-ci qrupda mübarizə aparan yığmamız ilk matçını İsrailə qarşı keçirəcək.

 

Avqustun 31-də baş tutacaq görüş 5 min tamaşaçı tutumuna malik Akko şəhər stadionunda baş tutacaq. Bu oyunun başlanma saatı hələ dəqiqləşməyib.

 

Yaşar Vahabzadənin yetirmələrinin ilk ev görüşü sentyabrın 5-də keçirəcək. İrlandiya yığması ilə oyun “Dalğa Arena”da baş tutacaq. Matç saat 19:00-da start götürəcək.

0