[b]“Panatinaikos”un qələbəsinə sevinən gözəllər - FOTO[/b]
28.07.2017 - 17:22
[b]“Panatinaikos”un qələbəsinə sevinən gözəllər - FOTO[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Panatinaikos” – “Qəbələ” matçı təkcə meydandakı mübarizə ilə yadda qalmayıb. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, matçın baş tutduğu “Apostolos Nikolaidis” arenasını gözəlləşdirən başqa məqamlar da olub.

 

Belə ki, görüşü izləmək üçün stadiona “Panatinaikos”un çılğın azarkeşləri ilə yanaşı, xanım fanatları da təşrif buyurub. Bu isə həm operatorların, həm də fotoqrafların obyektivindən yan keçməyib. Onlar oyunun gedişində meydandakı mübarizə ilə yanaşı, tribunalarda əyləşən gözəllərə də diqqət ayırıblar.

 

Yunan həmkarlarımız “Qəbələ” üzərindəki vacib qələbədə həmin xanımların da pay sahibi olduqlarını xüsusi vurğulayıblar.  

 

0