[b]İslamiadanın beşqat qalibindən növbəti uğursuzluq[/b]
31.07.2017 - 16:29
[b]İslamiadanın beşqat qalibindən növbəti uğursuzluq[/b]

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 11-ci gününə start verilib. Apasport.az saytının məlumatına görə, kişilərin 25 m məsafədən mərkəzə atəş açma yarışında Azərbaycan təmsilçisi Ruslan Lunyov da qüvvəsini sınayıb.

 

O, 600 mümkün xaldan 572-ni toplayıb. Lunyov bu nəticə ilə 13-cü olub. Bütün rəqiblərini qabaqlayan türkiyəli Yusuf Dikeç 587 xal yığıb.

 

Kişilərin 300 m məsafədən üç vəziyyətdə atəş açma yarışında isə fransalı Aleksis Raynod fərqlənib. O, yarışı 1147 xalla başa vurub. Bu növdə Azərbaycan idmançıları iştirak etməyib.

 

Qeyd edək ki, İslamiadanın 5 qat qalibi olan Lunyov dünən keçirilən 25 m məsafədən standart atəş açma yarışında 7-ci yeri tutmuşdu.

0