[b]Yenə məğlubiyyət[/b]
02.08.2017 - 10:16
[b]Yenə məğlubiyyət[/b]

Estoniyada keçirilən 18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının B divizionunda növbəti oyunlar baş tutub. Apasport.az saytının məlumatına görə, C qrupunda çıxış edən Azərbaycan millisi Avstriya ilə görüşüb.

 

İlk üç qarşılaşmada məğlubiyyətləri sıralayan komandamız bu dəfə də uduzub. Millimiz 71:82 (18:27, 22:14, 12:28, 19:13) hesabı ilə yenilib.

 

Qeyd edək ki, komandamız ilk üç turda Portuqaliya (45:75), Polşa (47:73) və Rumıniyaya (50:68) məğlub olub.

0