[b]Basketbol yığmamızdan biabırçı məğlubiyyət[/b]
03.08.2017 - 10:12
[b]Basketbol yığmamızdan biabırçı məğlubiyyət[/b]

Estoniyanın paytaxtı Tallinndə keçirilən 18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının B divizionunda növbəti oyunlar baş tutub. Apasport.az saytının məlumatına görə, C qrupunda çıxış edən Azərbaycan millisi İsraillə görüşüb.

 

İlk 4 qarşılaşmada məğlubiyyətləri sıralayan komandamız bu dəfə də biabırçılıqdan qaça bilməyib. Samit Nuruzadənin yetirmələri 49:80 (12:21, 10:27, 13:17, 14:15) hesabı ilə uduzublar.

 

Beləliklə, bütün oyunları məğlubiyyətlə başa vuran təmsilçimiz qrupda sonuncu yeri tutub. Buna baxmayaraq, komandamız 17-24-cü yerlər üçün mübarizəni davam etdirəcək. Basketbolçularımız sabah İsveçrə ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, komandamız ilk 4 turda Portuqaliya (45:75), Polşa (47:73), Rumıniya (50:68) və Avstriyaya (71:82) məğlub olub.

 

0