[b]“Mançester Siti”dən 60 milyonluq təklif[/b]
15.08.2017 - 12:48
[b]“Mançester Siti”dən 60 milyonluq təklif[/b]

“Mançester Siti” yay “transfer pəncərəsi” bağlanana qədər heyətinə daha bir yeni futbolçu qatmaq niyyətindədi. Apasport.az saytı “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” hücum xəttini gücləndirməyi planlaşdırırlar.

 

Baş məşqçi Xosep Qvardiola rəhbərliklə söhbətində “Arsenal”ın üzvü Aleksis Sançesi ixtiyarında görmək istədiyini bildirib. Qarşı tərəflə danışıqlara başlayan “Mançester Siti” bu keçidin baş tutması üçün 60 milyon funt-sterlinq xərcləməyə hazırdı.

 

Transfer baş tutsa, 28 yaşlı hücumçu yeni komandasında həftəlik 400 min funt-sterlinq qazanacaq.

 

Qeyd edək ki, Aleksis Sançesin “Arsenal”la müqaviləsinin müddəti 2018-ci ilin yayına kimidi.

0