[b]“Qarabağ” – “Kopenhagen”: ehtimal heyətlər açıqlandı[/b]
15.08.2017 - 15:02
[b]“Qarabağ” – “Kopenhagen”: ehtimal heyətlər açıqlandı[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün üz-üzə gələcək “Qarabağ” və “Kopenhagen”in ehtimal heyətləri açıqlanıb. Apasport.az saytı xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazı hazırlayıb.

 

Həmkarlarımızın fikrincə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıdakı qarşılaşmada 4-3-3 taktiki sxeminə üstünlük verəcək. “Qarabağ”ın görüşə bu heyətlə çıxacağı qeyd olunub: İbrahim Şehiç, Yakub Jezniçak, Rəşad Sadıqov, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Miçel, Donald Gerrye, Mahir Mədətov, Dino Ndlovu

 

“Kopenhagen”in çalışdırıcısı Stole Solbakkenin isə 4-4-2 taktiki sxemini seçəcəyi və “11-lik”də bu oyunçulara yer verəcəyi ehtimal edilir: Robin Olsen, Peter Ankersen, Mikael Lüftner, Nikolay Boylesen, Pyerr Penqtsson, Uroş Matiç, Uilyam Kvist, Benyamin Verbiç, Nikolay Tomsen, Federiko Santander, Pyeros Sotiriu

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da start götürəcək.

0