[b]Simeonenin oğlu “Fiorentina”da[/b]
17.08.2017 - 10:10
[b]Simeonenin oğlu “Fiorentina”da[/b]

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu Covanni komandasını dəyişib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu “Cenoa”dan ayrılıb.

 

O, karyerasını “Fiorentina”da davam etdirəcək. Bu keçid Florensiya klubuna 15 milyon avroya başa gəlib.

 

Tərəflər arasında 2022-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

 

Qeyd edək ki, Simeone A seriyasının ötən mövsümündə “Cenoa”nın heyətində 30 oyunda 11 qola imza atıb. 

0