[b]“Kəpəz” paytaxtda başladı[/b]
17.08.2017 - 16:21
[b]“Kəpəz” paytaxtda başladı[/b]

Azərbaycan Premyer Liqasının II turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” dünəndən matçın hazırlıqlarına start verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Yevlaxda qəbul edəcək “sarı-göylər” məşqlərə Bakıda başlayıblar.

 

Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlıq keçir. “Kəpəz” oyundan öncəki son məşqinə matçın keçiriləcəyi Yevlax şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-a təyin olunub. 

 

Qeyd edək ki, “Kəpəz” – “Zirə” qarşılaşması avqustun 20-də baş tutacaq.  

0