[b]Qrup mərhələsinə son addım[/b]
21.08.2017 - 15:02
[b]Qrup mərhələsinə son addım[/b]

Sabah Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün ərzində 10 matç baş tutacaq.

 

Qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşməyə iddia edən 20 komanda son 10 vəsiqənin sahibini müəyyənləşdirəcək. İlk oyun gününə “Astana” ilə “Seltik” arasında görüşlə start veriləcək.

 

Qonşu Türkiyə təmsilçisi “Başakşəhər” evdə uduzduğu “Sevilya”nı səfərdə keçməyə çalışacaq.

 

İkinci oyun günündə isə Azərbaycanın diqqəti Danimarkada olacaq. Çempionumuz “Qarabağ” “Kopenhagen”in meydanına çıxacaq.

 

Çempionlar Liqası

Pley-off mərhələsi

Cavab oyunları

22 avqust

 

19:30. “Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya)

İlk oyun – 0:5

 

22:45. “Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan)

İlk oyun – 1:2

 

22:45. “Maribor” (Slovaniya) – “Hapoel” (Beyer-Şeva, İsrail)

İlk oyun - 1:2

 

22:45. “Sevilya” (İspaniya) – “Başakşəhər” (Türkiyə)

İlk oyun - 2:1

 

22:45. “Nitsa” (Fransa) – “Napoli” (İtaliya)

İlk oyun - 0:2

 

23 avqust 

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)

İlk oyun - 0:1

 

22:45. “Slaviya” (Çexiya) - APOEL (Kipr)

İlk oyun - 0:2

 

22:45. “Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya)

İlk oyun - 2:1

 

22:45. “Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya)

İlk oyun - 0:0

 

22:45. MOİK (Rusiya) - “Yanq Boyz” (İsveçrə)

İlk oyun - 1:0

 

 

0