[b]“Kopenhagen”in futbolçusu: “Qarabağ”ı təzyiqdə saxlamalıyıq[/b]
22.08.2017 - 13:55
[b]“Kopenhagen”in futbolçusu: “Qarabağ”ı təzyiqdə saxlamalıyıq[/b]

“Qarabağ” bizimlə cavab matçında daha çox əks-hücumlara güvənərək, məqsədinə çatmağa çalışacaq. Qol vursalar, rəqib qapısına azı 3 dəfə yol tapmaq məcburiyyətində qalacağıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kopenhagen”in futbolçusu Nikolay Boylesen deyib.

 

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”a uduzan (0:1) Danimarka təmsilçisi avqustun 23-də keçiriləcək cavab görüşündə qələbə qazanmağı hədəfləyib.

 

Matçla bağlı “Kopenhagen”in rəsmi saytına danışan Boylesen iddialı fikirlər səsləndirib. 25 yaşlı müdafiəçi bunları deyib: “Qarabağ”a qarşı "Syonneryusk"la çempionat görüşünün ilk hissəsindəki kimi oynamalıyıq. O, cari mövsümdə ən yaxşı oyunumuz idi. Topla daha çox davranmışdıq. Halbuki digər ev görüşlərimizdə bu hal müşahidə olunmamışdı. “Qarabağ”ı da təzyiqdə saxlamalıyıq. Təbii ki, məqsədimizə çatmaq üçün qollar da vurmalıyıq. Ümid edirik ki, çempionatdakı qələbənin ardını Çempionlar Liqasında da gətirəcəyik. Stadiona çoxlu azarkeşin gələcəyinə inanıram. Yeri gəlmişkən, Bakıdakı qarşılaşmada bu amil “Qarabağ”a kömək etmişdi”.

0