[b]“Zirə” – “Sumqayıt” matçının başlanma saatı açıqlandı[/b]
22.08.2017 - 17:35
[b]“Zirə” – “Sumqayıt” matçının başlanma saatı açıqlandı[/b]

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Zirə" - "Sumqayıt" matçının başlanma saatı açıqlanıb. Apasport.az saytı qəsəbə klubunun feysbuk səhifəsinə istinadən xəbər verir ki, avqustun 26-da keçiriləcək qarşılaşma saat 17:30-da start götürəcək.

 

Görüş Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

 

Qeyd edək ki, 2 turdan sonra “Zirə” 6 xal topladığı halda, “Sumqayıt”ın aktivində 3 xal var.

0